Xəbər lenti

Qardaş qardaşı bıçaqladı - QANLI OLAY
Ölkə09:48 08.10.2013

Qardaş qardaşı bıçaqladı - QANLI OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkir Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə? hadisə rayonun Dəllər-Daşbulaq kəndində baş verib
 
Kənd sakini, 1949-cu il təvəllüdlü Niyaz Kavı oğlu Namazov qardaşı, 1961-ci il təvəllüdlü Məhəmmədəli Kavı oğlu Namazovu qarın nahiyəsindən bıçaqlayıb.
 
Bıçaq zərbələri alan M. Namazov dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun səhhəti orta ağır qiymətləndirilir.
 
Polis Şöbəsindən bildiriblər ki, Niyaz Namazov saxlanılaraq məsuliyyətə cəlb edilib.
 
İlkin araşdırma zamanı məlum olub ki, mübahisə mülk üstündə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info