
Dünən “Qarabağ”a dəstək olan azarkeşlər arasında qardaşının nişanını yarımçıq qoyub gələn də olub.
Qaynar.info xəbər verir ki, oyun əsnasında emosional hərəkətləri və kostyumu ilə digərlərindən seçilən bu azarkeş "Sektor 11" azarkeş qrupunun rəhbəri Atanur Cəfərlidir.
Azarkeş söhbətimiz əsnasında bildirib ki, 10 ilə yaxındır “Qarabağ”a azarkeşlik edir: “Azərbaycanı təmsil edən hər bir kluba azarkeşlik edirik. Mən bir rəhbər kimi qrupumu, qrupumuz isə digər azarkeşləri daha güclü dəstək olmağa çağırırıq. Klublarımız daha yüksək nəticə üçün bizim dəstəyimizi hiss etməlidir. Bu gün məlum səbəbdən azarkeş qrupunun yanında ola bilmədim, yer olmadı. Qonaq sektorundan da öz dəstəyimi hiss etdirməyə çalışıram. Az da olsa dəstək verdiyimizi hiss etmək, komandamızın qələbə qazanması bizim üçün ən böyük hədiyyə olar”.
Bütün oyunlarda iştirak etdiyini qeyd edən azarkeş xaricdə səfər oyunlarını da qaçırmadıqlarını vurğulayıb: “Səfər oyunlarında komandaya dəstəyi hiss etdirmək çox önəmlidir. Bu gün ən azı bir qol vurub mərhələni keçməyə ümid edirik”.
Qeyd edək ki, dünən baş tutan “Qarabağ” - “Seltik”oyunu heç-heçə nəticələnib. Bununla da "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.
Günel Hacı
Qaynar.info





