Hər bir dövlətin bir də müəllim ordusu var: dovlətin ağasından tutmuş,onu qoruyan əsgərinə, oturduğumuz evlərin bənnasından tutmuş memarınaqədər, məmə deyənindən pəpə yeyəninə qədər hamının araya-ərsəyəyetməsində, ya alim, ya da adam olmasında əvəzsiz zəhməti olan müəllimordusu.
O müəllim ordusu ki, illərdir səfildurumdadır. Hansı ki, özəl məktəblərdə çalışan xidməti işçilər dövlətməktəblərində can qoyan müəllimlərdən iki-üç dəfə artıq maaş alır.
Hansıbazarda bazar adamından fərqli, savadı, danışığı, rəftarı ilə seçilənalverçi gördünüz, bilin ki, diplomunu evdə toz basan müəllimlərdəndir vəailəsini dolandırmaq üçün illərlə aldığı təhsildən vaz keçmək zorundaqalıb.
Yəqin, hamınız fikir vermisiniz,Azərbaycandakı orta məktəblərdə kişi cinsindən olan müəllimləri barmaqlasaymaq olar. Bizim təhsil aldığımız illərdə şagirdlərin az-çoxçəkindiyi kişi müəllimlər indi məktəblərdən qaçıb bazarlarda alver,tikintilərdə fəhləlik etməyə üz tutublar. “Evimizdə iki uşağınöhdəsindən gələ bilmirik, yazıq müəllim bu qədər uşaqla necə bacarsın?”ifadəsi məşhurdur bizdə. Müəllim şagirdin dostu, məsləhət yeriolmalıdır. Mən də şillə-təpik və digər cəza tədbirlərinin qətiəleyhinəyəm. Şagirdlərlə qeyri-insani şəkildə davranan müəllimlərintərəfini tutmayacağam. Ancaq gəlin görək, bu gün şagirdlərin haqqınıguya müdafiə edənlər müəllimin illər öncə mövcud olan, bu gün birqəpiklik edilən hörmətinin də qayğısına qalıb, narahat olurlarmı?
Niyətəhsil ocaqlarında baş verən bütün neqativ hallara dilənçi günündədolanan müəllim, yalnız o cavabdeh olmalıdır? Niyə bu halların başverməsinin əsl səbəbləri araşdırılmır, bu gün bir, sabah iki...axı nəvaxta qədər?
Hansısa məktəbdə azyaşlı bir qızuşaq doğubsa, günahkar müəllimdir, nə bu qız, nə onun valideynləri, nəonu bu hala salan o “kişi”, nə də onun içində olduğu mühit, cəmiyyətyox, məhz müəllim, eləmi? Ürək tutmasından dünyasını dəyişən şagirdinməlum faciəsi ilə bağlı araşdırmalar aparılıb, nəticələr müəyyənolunmayana qədər hansı haqla artıq məktəbi və müəllimi günahlandırmaqolar, bilmirəm. Demirəm ki, məhz bu olayda müəllim günahsızdır.Doğrudanmı, şagirdləri qaçmağa məcbur etməklə onlara cəza verilib, yayox. Doğrudanmı, şagird məhz bu səbəbdən ölüb, ya yox? Çox arzu edirəmki, bu və ya digər məsələlərdə ədalət qələbə çalsın. Sadəcə olaraq, necəolursa-olsun, günahı məktəbin və müəllimin üzərinə qoymaq cəhdlərikənardan çox iyrənc görünür.
Müəllimin maddi durumu olduqca bərbad, nüfuzu gündən-günə aşağılanmaqdadır. Məqsəd nədir axı? Nəyə nail olmaq istəyirik?
Hərbihissələrdə ölən əsgərlərin faciəsində günah müxtəlif xəstəliklərinboynuna qoyulur. Guya hərbiyə yola salınan oğlanlar hamısı xəstə imiş,hərbi xidmətə gedən kimi xəstəlikləri üzə çıxır, biri ürək tutmasından,biri təzyiq problemi üzündən və s. bu kimi səbəblərdən ölüb ağzı qapalıqutularda ata-analarının üstünə qayıdırlar. Bəs niyə o zaman butabutların açılmasına ya icazə verilmir, ya da açılsa belə, mətbuatdan,cəmiyyətdən hər vəhclə gizlədilir? Necə olur ki, bu əsgərlərin, yaxudxəstəxanalarda ölən körpələrin ölümündə heç kim günahkar olmur, ancaqtəhsil ocaqlarındakı bütün faciələrin səbəbkarı müəllimdir? Niyə bütünölən körpələr xəstəxanaya gətiriləndə "artıq ölüb"müş, ancaq şagirdibirmənalı şəkildə müəllim öldürür?
Rusiyadaorta məktəb müəllimlərinin minimum əmək haqqı (2011-cu ildəkihesablamalara görə) 600-1000 dollar, Belarusda 370 dollar, Gürcüstanda400-600 dollar, bəyənmədiyimiz Ermənistanda 300-450 dollar, Qazaxıstanda440 dollar, Özbəkistanda isə, hətta 4 min dollar, ABŞ-da müəllimin ortaillik əmək haqqı 40-45 min dollar arasındadır. Bəzi ştatlarda isə bugöstərici 60 min dollara çatır. Avropa müəllimləri isə ayda minimum1500-3800 avro əmək haqqı alır. Məsələn, Lüksemburqda müəllim 7 min,İsveçrədə 5 min, Almaniyada 5 min, Niderlandda 4400, İrlandiyada 4300,Şotlandiyada 3800, Cənubi Koreyada 4300, Yaponiyada 4000, Avstraliyada3700, İspaniyada 3700, Danimarkada 3600, İngiltərədə 3600, Belçikada3500, Finlandiyada 3300, Avstriyada 3200, Yeni Zenlandiyada 3100,Norveçdə 3 min, Portuqaliyada 2800, İtaliyada 2800, Fransada 2700,Sloveniyada 2500, Yunanıstanda 2500, İslandiyada 2300, Çexiyada 1800,İsraildə 1700, Polşada 1300, Macarıstanda 1300, Estoniyada 1000 dollar,Səudiyyə Ərəbistanında 800-1000, Tunisdə isə 500 dollar maaş aldığıhalda, Azərbaycanda orta məktəbdə çalışan müəllimlər şagirdlərinsayından, ümumtəhsil məktəbinin tipindən və əmək stajından asılı olaraq,vahid tarif cədvəli üzrə ayda 150-230 manat (daha az alanlar da var)məvacib alırlar. Bəs nə yaxşı “dünyəvi” deyib qıçını-qolunu qıra-qıratəhsilə sırıdığımız metodları tətbiq edirik, biz də “dünyəvi” olmaqistəyirik, digər məsələlərdə özümüz oluruq? 2013-cü ilin yarı olmasınabaxmayaraq, əmək haqqının artırılması ilə bağlı heç bir yenilik yoxdur.Hansı ki, bu barədə ilin əvvəli üçün yağlı vədlər verilirdi. Bu gülüncvə təhqiramiz məvacibin qarşlığında yüksək təhsil nəticələri gözləməközü nə qədər gülməlidir? Axı hamı eyni şəkildə fədakar ola bilməz...
Hansınormal dolana bilən müəllim dərsdən sonra öz zəhmətini pula, asudəvaxtını dincəlmək əvəzinə, işə satıb məşğələ keçər? Müəllimin bir aylıqəmək haqqı ona yuxarıdan aşağı baxanların, maarifçi yox, dayə gözündəgörənlərin bir nahar süfrəsinin hesabından azdır ki, çox deyil.
Vətənuğruda canından keçən əsgərin ata-anasını yerdə sürüyən (hələ başqavətəndaşlara münasibətlərini demirəm) polisi, bizə elm verən müəllimdənüstün tutanda, birinin qarnını yekəldib, o birini bazarda arvad tumanısatmaq zorunda buraxanda, bilməli idilər ki, bu xalqın faciəsiqabaqdadır. Hələ bu, harasıdır...
Bir millətinbelini qırıb onu məhv etmək istəyirsənsə, müəllimini səfil, təhsiliniiflic etmək ən qısa və rahat variantdır. Problemlərin kökünütapmaqdansa, insanları haqlı-haqsız günahlandırmaq asandır, bunu biz dəbilirik. Lakin bu və ya digər faciələrin kökündə duran səbəbləriaraşdırmaq, aradan qaldırmaq lazımdır. Təbii ki, xalqın belini qırıb,elmini, təhsilini iflic etmək istəmiriksə...