"Qarşıdan Novruz bayramı gəlir. Bayram günlərində ətin qiyməti daha da bahalaşacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, mart ayında ətin qiyməti bahalaşsa da, may ayının ortalarından etibarən ucuzlaşacaq:
"Heyvanlar örüş sahələrinə gedəcək. Həmin vaxt ot, yem istehsalı başlayacaq. Bundan sonra ətin qiyməti enəcək. Amma maya kimi ətin qiyməti qalxmaqda davam edəcək”.
Bahar Rüstəmli