Xəbər lenti

“Qarşısına yeni hədəflər qoyaraq komandasını tərk etdi”
İdman13:54 21.08.2015

“Qarşısına yeni hədəflər qoyaraq komandasını tərk etdi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Biz cavan və çox istedadlı cinah hücumçusu olan Pedronu transfer etdik”.

Qaynar.info xarici mediyaya istinadən bildirir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Joze Mourinyo deyib. 

Onun sözlərinə görə, futbolçu olduğu yerdən həzz almalı, köhnə futbol mədəniyyətini unutmalıdır:“Onda bəyəndiyim, onun sevdiyi və onu sevən klubdan ayrılmaq arzusunda olmasını görməyimdir. Bu Pedronun daha da istəkli olmasını göstərir. Pedro, Messi və başqa ulduzlarla birlikdə çıxış edib. Ancaq o, qarşısına yeni hədəflər qoyaraq klubu tərk etmək istədi. Onun “Barselona”nı tərk etmək arzusunda olduğunu bilən kimi biz hərəkətə keçdik. “Barselona” və “Real” kimi klublardan hansısa futbolçunun getmək arzusunda olma xəbərləri çıxanda mən buna inanmıram, amma mən Pedro ilə danışdım və onun bunu həqiqətən də istədiyini başa düşdüm”. 

Qaynar.info