Xəbər lenti

Qayda pozmadı, ancaq təlxəkliyinə görə cəzalandırıldı - VİDEO
İdman14:45 22.01.2017

Qayda pozmadı, ancaq təlxəkliyinə görə cəzalandırıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransanın PSJ klubunun italiyalı yarımmüdafiəçisi Marko Verratti yerdə olan topu başla qapıçıya ötürdüyünə görə, hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.

Qaynarinfo.Az xəbər verir ki, insident futbol üzrə Fransa çempionatının XXI turu çərçivəsində keçirilən "Nant" – "PSJ" oyununda baş verib.

Verratti matçın 30-cu dəqiqəsində yerdə olan topu uzanaraq başla alman qapıçı Kevin Trappa ötürdükdən sona xəbərdarlıq alıb. Hakim bu hərəkəti "lüzumsuz" və "artıq" kimi qiymətləndirib.

Qeyd edək ki, görüş 2:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb.

Qaynarinfo.Az