Xəbər lenti

Qaz böhranı dərinləşir, Almaniya böyük risklə üzləşir
Ekonomiks13:23 21.06.2022

Qaz böhranı dərinləşir, Almaniya böyük risklə üzləşir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya qazının tədarükü tamamilə dayandırılsa, Almaniya müəyyən tənəzzüllə üzləşəcək.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə sənaye qurumları xəbərdarlıq edib. Qeyd edək ki, Baltik dənizindən cənubda, Adriatik sahillərinə qədər olan ərazidə Avropa Birliyi ölkələri Rusiyanın Ukraynaya müdaxiləsindən sonra təchizat böhranının öhdəsindən gəlmək üçün tədbirlər görürlər. AB– nin müharibədən əvvəl qaza olan tələbatının 40%-ə qədərini Rusiya ödəyirdi. Almaniya üçün isə bu rəqəm 55%-ə yüksəlmişdi. Almaniyanın BDI Sənaye Assosiasiyası 2022-ci il üçün iqtisadi artım proqnozunu müharibədən əvvəl gözlənilən 3,5%-dən 1,5%-ə endirib. BDI deyib ki, Rusiya qazının tədarükünün dayandırılması Almaniyanın iqtisadi tənəzzülünü qaçılmaz edəcək.
Hazırda Rusiya qazı hələ də aşağı templə Ukrayna üzərindən Avropaya nəql olunur. Almaniyaya mühüm tədarük marşrutu olan Baltik dənizindən keçən "Şimal axını 1” boru kəməri isə cəmi 40% gücü ilə işləyir. 
Nurlan Hüseynov