Xəbər lenti

Qaz verilişi ilə bağlı yaranan sıxıntılar aradan qaldırılır - RƏSMİ
Ekonomiks06:25 17.10.2016

Qaz verilişi ilə bağlı yaranan sıxıntılar aradan qaldırılır - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən sosial şəbəkələrdə Bakı şəhərinin bəzi ərazilərində təbii qaz verilişində çətinliklər yaşanması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyev “Report”a bildirib ki, sıxıntı olan ərazilərdə problemin aradan qaldırılması üçün dərhal işlər görülür.

“Havanın soyuması ilə əlaqədar hansı ərazidə qaz verilişi ilə bağlı çatışmazlıq yaşanırsa, daxil olan müraciətlər əsasında “Azəriqaz” İB-nin əməkdaşları dərhal tənzimləmələr aparırlar və qaz verilişindəki sıxıntı aradan qaldırılır. Qurumun Qaynar Xətti 24 saat fəaliyyət göstərir”.

Qaynarinfo.Az