Xəbər lenti

Qaz xəttini kəsərkən yıxıldı - Cinayət işi açıldı
Ölkə07:53 15.02.2016

Qaz xəttini kəsərkən yıxıldı - Cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda “Azəriqaz” İstehsalat Birliyinin işçisi yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Qafqazinfo xəbər verir ki, hadisə Xəzər rayonu, Türkan qəsəbəsində bir neçə gün öncə baş verib. 

İB-də qaynaqçı işləyən Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhərrəm Məhərrəmov qəsəbə sakini 1989-cu il təvəllüdlü Samir Mayılovun bir müddətdir ödəniş etmədiyi üçün ona məxsus evə gedən qaz xəttini kəsərkən hasardan yıxılaraq əsarət alıb. Yaralı vəziyyətdə Neftçilər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. “Azəriqaz” işçisinin kənar müdaxilə nəticəsində yıxılıb-yıxılmadığı barədə araşdırma aparılır.

Qaynar.info