Xəbər lenti

Qazaxda bir həftədə iki xəstə əməliyyat zamanı öldü
Ölkə19:22 02.07.2018

Qazaxda bir həftədə iki xəstə əməliyyat zamanı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazax Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib. 
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu gün Ağstafa rayon Poylu kənd sakini, 1947-ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlu sağ ayağından əməliyyat olunub.
Əməliyyatdan sonra xəstə narkozdan ayılmayıb və dünyasını dəyişib.
Qeyd edək ki, iyunun 29-da M.Mustafayevin qohumu, Ağstafa rayonu, Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.