Xəbər lenti

Qazaxda iki uşaq atası minaya düşdü - OLAY
Ölkə11:48 15.04.2013

Qazaxda iki uşaq atası minaya düşdü - OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənilər neytral zonada minaya düşmüş şəxsi çıxarmaq istəyən kənd sakinlərini atəşə tutublar

Azərbaycanda mülki şəxs minaya düşüb. Hadisə Qazax rayonu Xanlıqlar kəndində, neytral zonada baş verib.

1990-cı il təvəllüdlü Vəliyev Adil Habil oğlu ailə üzvləri ilə səhər saat 11:00 radələrində meşə sahəsinə gedib. O, ailəsindən 50 metr aralanaraq neytral zonaya keçəndə isə minaya düşüb.

Məlumata görə, günorta saatlarında neytral zonada minaya düşən şəxs sağ olub. Hətta onun səsi də eşidilirmiş. Kənd sakinlərindən bəziləri onu neytral ərazidən çıxarmağa cəhd ediblər. Hətta ona sakinlər "ayağını bağla qan aparmasın. Biz səni xilas edəcəyik" deyə qışqırıblar. Hazırda hadisə yerinə Qırmızı Xaçın nümayəndələri gəlib. Minaya düşən şəxsin sağ olub olmadığı bilinmir.

Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, kənd sakinləri onu neytral ərazidən çıxarmaq istəyərkən erməni tərəfi atəş açaraq onlara imkan verməyib.

Qeyd edək ki, Adil Vəliyev evli və iki uşaq atası olub.

Qaynar.info