
Qazax rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi (
) məlumat yayıb.
Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli və Qaymaqlı kəndlərinin qaz təchizatı dayandırılacaq.