Xəbər lenti

Qazaxıstan Azərbaycan ərazisi ilə neft ixracını nəzərdən keçirə bilər
Ekonomiks17:07 27.08.2018

Qazaxıstan Azərbaycan ərazisi ilə neft ixracını nəzərdən keçirə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstan Azərbaycan ərazisi ilə neft ixracının mümkünlüyünü nəzərdən keçirə bilər.
Bunu Trend-ə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib.
K.Bozumbayevin sözlərinə görə, hazırda bu məsələ gündəlikdə deyil. Lakin gələcəkdə bu cür tədarük imkanı istisna olunmur:
"Hazırda Qazaxıstanın kifayət qədər ixrac gücü olduğu üçün Azərbaycan vasitəsilə tranzit məsələsi gündəlikdə deyil. Amma gələcəkdə Qazaxıstanda karbohidrogen xammalının hasilatının artması ilə, eləcə də Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə ixracının iqtisadi məqsədəuyğunluğu müəyyən olunarsa, bu məsələ maraqlı tərəflərlə nəzərdən keçirilə bilər".