
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Qaynarinfo.az xəbər verir ki, Alma-Atıda keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Teuta" (Albaniya) oyunundan öncə əsl şadyanalıq olacaq.
Belə ki, Qazaxıstanın əfsanəvi "Ulıtau" qrupu və "Səltənət" adlı məşhur rəqs amsamblı oyundan əvvəl azarkeşlərə əsl bayram yaşadacaq. Bu şounun hər bir iştirakçısına klubun atributlarından veriləcək. Fasilədə isə bir sıra sürprizlər olacaq. Məsələn, bu sürprizlərdən biri məşhur qazaxıstanlı müğənni Nurcan Təjikenovun öz mahnılarını ifa etməsidir.
Qeyd edək ki, tərəflərin Albaniyada keçirilmiş ilk oyununda "Kayrat" Rusiya millisinin və "Arsenal"ın sabiq futbolçusu Andrey Arşavinin qolu ilə 1:0 qalib gəlib. Bu komandanı isə Bakı "İnter"inin sabiq çalışdırıcısı Kaxaber Tsxadadze çalışdırır.
Qaynarinfo.az