Xəbər lenti

QAZel piyadanı vurdu
Ölkə20:17 02.11.2014

QAZel piyadanı vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, qəza Dəliməmmədli şəhər ərazisindəı baş verib. 

Belə ki, yolu keçmək istəyən rayonun Bağçakürd kənd sakini 42 yaşlı Məhəbbət Məmmədov QAZel markalı yük maşını tərəfindən vurulub.

Yaralı dərhal Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdirilib. Zərəçəkmişə tibbi yardım göstərildikdən sonra o reanimasiya şöbəsinə yerıəşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Qaynar.info