Xəbər lenti

Qazın qiyməti qalxacaq? - Rəsmi açıqlama
Ölkə12:30 27.10.2016

Qazın qiyməti qalxacaq? - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda təbii qazın qiymətinin bahalaşacağı ilə bağlı müxtəlif məlumatlar yayılıb. 
Xüsusən, müxalifət mətbuatı insanları təşvişə salaraq qiymət artımının 30-50 faiz olacağını bəyan edib.

Qaynarinfo.Az xəbər verir ki, azvision.az bu iddialarla bağlı Tarif (qiymət) Şurasının rəsmi mövqeyin öyrənib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev saytımıza açıqlamasında bildirib ki, hazırda Tarif (qiymət) Şurasında təbii qazın qiymətinin artırılması ilə bağlı məsələ müzakirə edilmir. 

A.Əliyevin sözlərinə görə, Tarif Şurasına təbii qazın tariflərinin dəyişdirilməsi barədə hansısa müraciət daxil olmayıb.

Qaynarinfo.Az