İyunun 1-dən etibarən "Qazprom Export” Almaniya üçün Britaniya-Niderland şirkəti olan "Shell Energy Company”yə və Danimarkanın "Orsted” şirkətinə müqavilə əsasında qaz tədarükünü aprel ayında yeni sxem üzrə ödəniş etmədiyinə görə dayandıracaq,
Qaynarinfo xəbər verir ki, bu barədə RBC Rusiya şirkətinin bəyanatına istinadən
məlumat yayıb
Rusiya şirkətinin bildirdiyinə görə, "Shell" və "Orsted" şirkətləri "qaz tədarükü müqaviləsi üzrə ödənişləri rublla etmək niyyətində olmadıqları" barədə xəbərdarlıq ediblər və buna görə də ödəniş edilənə qədər qaz təchizatı dayandırılacaq.
"Qazprom” qeyd edib ki, "Shell” ilə müqavilə əsasında Almaniyaya illik tədarükün maksimal həcmi 1,2 milyard kubmetrdir. Mətbuat xidməti tərəfindən Danimarka şirkətinin tədarük həcmi açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl Niderland, Bolqarıstan, Polşa və Finlandiyaya qaz nəqli dayandırılmışdı, bu ölkələr də Rusiyanın şərtlərini yerinə yetirməkdən imtina etmişdilər. Mayın 27-də Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bəyan edib ki, Aİ Rusiyadan idxalın tam dayandırılması halında "ehtiyat plan” hazırlayır.
Nizami Bağırov