Xəbər lenti

"Qəbələ" ağır zədələnən futbolçusunun son durumunu açıqladı
İdman09:43 22.07.2022

"Qəbələ" ağır zədələnən futbolçusunun son durumunu açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında səfərdə "Fehervar"la qarşılaşan "Qəbələ"nin futbolçusu İlkin Qırtımovun son durumuna aydınlıq gəlib. 
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən matçda zədələnən müdafiəçinin durumu yaxşıdır və o, komandayla vətənə qayıdır.
Matçın ilk hissəsinin sonlarına yaxın Qırtımov başından ciddi zədə almışdı. Dili qatlanan futbolçuya ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərmiş və o, meydanı xərəkdə tərk etmişdi.
Səbuhi Həsənov