"Qəbələ” daha bir futbolçu ilə yolları ayırıb.
Qaynarinfo-nun məlumatına görə, klub Rafael Utziqlə vidalaşıb. Bölgə təmsilçisinin mətbuat xidmətindən verilən məlumatda cənubi amerikalı legionerin başa çatan müqaviləsinin yenilənmədiyi bildirilib.
2020-ci ilin yayından "Qəbələ”nin formasını geyinən Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub.
Səbuhi Həsənov