Xəbər lenti

"Qəbələ" də APOEL-ə rəqib oldu
İdman12:18 03.09.2019

"Qəbələ" də APOEL-ə rəqib oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk mərhələsinin püşkü atılır.
Qaynarinfo axəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi qismində turnirə vəsiqə qazanan "Qəbələ”nin də rəqibi müəyyənləşib. Əyalət təmsilçisi I raundda APOEL (Cənubi Kipr) ilə qarşılaşacaq.
Azərbaycan çempionu ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, reqlamentə əsasən, Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda pley-offda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək. Pley-off oyunları 11 - 12 fevralda, 1/8 final matçları 3 - 4 martda, 1/4 final görüşləri isə 17 - 18 martda keçiriləcək. Yarımfinal ilə final matçları müvafiq olaraq aprelin 17-də və 20-də Nyonda baş tutacaq. Bu mərhələlərdə qaliblər bir oyunla müəyyənləşəcək.
"Qəbələ” ardıcıl üçüncü dəfə Gənclər Liqasında çıxış edəcək. "Qırmızı-qaralar” 2016/2017 və 2017/2018 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandasına uduzub - 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. Ancaq II raundda Almaniya "Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Onu da qeyd edək ki, APOEL-in əsas komandası Avropa Liqasında "Qarabağ"la eyni qrupa düşüb.