Yeni mövsümə Türkiyədə hazırlaşan "Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Qaynarinfo xəbər verir ki, "Qırmızı-qaralar” yay fasiləsində dördüncü transferini reallaşdırıb. Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
İsrailli yarımmüdafiəçi Feras Abu-Akal 2022-2023-cü illər mövsümündən komandamızın formasını geyinəcək. 25 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb. O, 6 nömrəli forma altında çıxış edəcək.
Feras peşəkar karyerasına "Hapoel İroni”də başlayıb. O, 2019-cu ilin yayında "Aşdod”a keçib. Son üç mövsümdə bu komandada çıxış edən yarımmüdafiəçi İsrail çempionatının yüksək liqasında 82 oyunda şans qazanıb.
"Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu heyətinə qatıb.
Səbuhi Həsənov