UEFA Gənclər Liqasında 2021/22 mövsümünün Çempionlar yolunun püşkatması keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbirdə ilk iki mərhələnin cütləri bəlli olub. AFFA-nın təşkil etdiyi "Gənclər kuboku”nun qalibi olan "Qəbələ”nin rəqibi də müəyyənləşib. Komanda bu mərhələdə Niderland təmsilçisi "Alkmaar”la qarşılaşacaq. Bu mərhələnin görüşləri sentyabrın 29-da və oktyabrın 20-də keçiriləcək.
"Qırmızı-qaralar” ilk matçını evdə keçirəcək.
Səbuhi Həsənov