Xəbər lenti

"Qəbələ" iki futbolçusu ilə vidalaşdı
İdman07:55 20.06.2023

"Qəbələ" iki futbolçusu ilə vidalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ" klubu daha iki futbolçusu ilə yollarını ayırıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubun rəsmi feysbuk səhifəsində bildirilib. Yarımmüdafiəçilər Rövlan Muradov və Felipe Santosla müqavilələrin müddəti başa çatıb. Bölgə təmsilçisi onlarla yeni müqaviə bağlamayıb. 
"Qəbələ” futbol akademiyasının yetirməsi olan Muradov əsas komandada keçirdiyi 117 oyunda 12 qol vurub. Ötən ilin yayından "Qəbələ”nin şərəfini qoruyan braziliyalı legioner 43 matçda 6 dəfə fərqlənib.
Əyalət təmsilçisi daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak və Səlahət Ağayevlə də vidalaşıb.
Səbuhi Həsənov