Xəbər lenti

"Qəbələ" klubu ilk transferini gerçəkləşdirib
İdman19:08 23.06.2023

"Qəbələ" klubu ilk transferini gerçəkləşdirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ" mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Ahmed Ayzayanı heyətinə qatıb.
28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı oyunçu ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz"in formasını geyinib. "Zirə"də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.
Qeyd edək ki, Ahmed Ayzaya karyerası ərzində Portuqaliyalının "Ribeyrao", "Oliveyrense", "Vilaverdense", "Jil Visente", "Varzim" və "Sportinq Kovilya" klublarında da çıxış edib.