Xəbər lenti

"Qəbələ" millimizin üzvünü transfer etdi - RƏSMİ
İdman10:48 31.01.2022

"Qəbələ" millimizin üzvünü transfer etdi - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçu heyətinə qatıb. 20 yaşlı müdafiəçi ilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Son klubu "Bayrampaşa” olan Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib.
"Qəbələ” Sametə qədər Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.
Səbuhi Həsənov