Azərbaycan Premyer Liqasında bu gün "Turan Tovuz"un qonağı olacaq "Qəbələ"nin futbolçularının sağlamlıq durumu açıqlanıb.
Qaynarinfo klubun mətbuat xidmərinə istinadən xəbər verir ki, bölgə təmsilçisinin dörd futbolçusu məşq prosesində iştirak etmir.
Misli Premyer Liqasının I turunun "Turan Tovuz”la oyununun hazırlıq prosesində zədələnən Rüfət Əhmədov səfərə yollanan heyətdə yer almayıb. Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər. Bu da o anlama gəlir ki, "Qəbələ" Tovuz klubuna qarşı itkilərlə meydana çıxacaq.
Qarşılaşma bu gün saat 17.00-da Tovuz şəhər stadionunda keçiriləcək.
Səbuhi Həsənov
Şərhlər