"Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasında cari mövsüm ilk matçını keçirib.
Qaynarinfo-nun məlumatına görə təmsilçimiz Macarıstan klubu "Puşkaş Akademiyası" ilə qarşılaşıb. Qəbələdə baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1. Təmsilçimizin qolunu səkkizinci dəqiqədə Şahin Şahniyarov rəqib qapısından keçirib.
Gənclər Liqasında ilk mərhələnin cavab qarşılaşması oktyabrın 25-də Macarıstanda keçiriləcək.
Səbuhi Həsənov