Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, günün ilk oyununda "Sabah” "Qəbələ”ni qəbul edib. Premyer Liqanın turnir cədvəlində də qonşu olan komandaların 4 gün əvvəlki duelində 1:0 hesabı ilə qalib gələn qonaqlar yenə eyni hesaba sevinib. Ceyms Adeniyinin 80-ci dəqiqədə vurduğu qol "Qəbələ"ni yarımfinala daşıyıb.
Qeyd edək ki, bundan əvvəl "Zirə" və "Sumqayıt" yarımfinala çıxıb. Son yarımfinalçı "Qarabağ" - "Keşlə" oyununda müəyyənləşəcək.