Xəbər lenti

“Qəbələ” “Zaltsburq”un sabiq futbolçusunu transfer etdi
İdman13:55 05.09.2023

“Qəbələ” “Zaltsburq”un sabiq futbolçusunu transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ” Avstriyanın "Zaltsburq” klubunun sabiq futbolçusu Samuel Tetteni transfer edib.
Qaynarinfo xəbər verir ki, "qırmızı-qaralar” bu barədə rəsmi sayt vasitəsilə məlumat yayıblar.
Son klubu Türkiyə "Adanaspor”u olan qanalı hücumçu Premyer Liqa təmsilçisi ilə müqavilə bağlayıb. 27 yaşlı forvardın sözləşməsinin müddəti 2 illikdir.
Qeyd edək ki, Samuel Tette 2017-2021-ci illərdə "Zaltsburq”a məxsus olub. Qana millisinin heyətində 8 oyunda 1 qol vurub.