Xəbər lenti

Qəbələdə Vəndam bazarında yanğın söndürüldü (YENİLƏNİB)
Ölkə17:19 13.02.2022

Qəbələdə Vəndam bazarında yanğın söndürüldü (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 1000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb.
Qaynarinfo-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
19.45
Qəbələnin Vəndam kəndində, bazar ərazisində yanğın başlayıb.
"Report"un məlumatına görə, alov 11 mağazanı bürüyüb.
Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər aparılır.