Xəbər lenti

"Qəbələ"də braziliyalı hücumçu - RƏSMİ
İdman19:34 11.01.2022

"Qəbələ"də braziliyalı hücumçu - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qırmızı-qaralar” Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.
Braziliyalı hücumçu Avstriyanın "Admira” klubundan icarəyə götürülüb. 24 yaşlı cənubi amerikalı 1,5 il "Qəbələ”nin formasını geyinəcək.
Braziliyada "Amerika” (Rio-de-Janeyro), "Bonsusesso”, "Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən Patrik peşəkar karyerasına Avstriyada başlayıb. 2020/21 mövsümündə "Horn”da çıxış edən forvard ötən ilin yayında "Admira”ya keçib.
Səbuhi Həsənov