Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.
Qaynarinfo xəbər verir ki, günün ilk qarşılaşmasında "Qəbələ" doğma meydanda "Neftçi" ilə üz-üzə gəlib. Oyunda hesabı qəbələlilər açıb. Matçın 28-ci dəqiqəsində Rafael Utziq fərqlənib. Ancaq Elmar Baxşıyevin komandası bu üstünlüyü qoruyub saxlaya bilməyib. 39-cu dəqiqədə "Neftçi" Emin Mahmudovun qolu ilə hesabı bərabərləşdirib. Başqa qol olmadığından görüş elə 1:1 hesabı ilə yekunlaşıb və komandalar hərəyə 1 xalla meydandan ayrılıb. 89-cu dəqiqədə "Qəbələ"nin futbolçusu Ruan Renato qırmızı vərəqə ilə meydandan qovulub.
Azərbaycan Premyer Liqası, XIV tur
"Qəbələ” – "Neftçi” 1:1
(Rafael Utziq, 28 - Emin Mahmudov, 39)
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
Səbuhi Həsənov