Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində bir oyun baş tutub.
Qaynarinfo xəbər verir ki, "Qəbələ" doğma meydanda "Səbail"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bölgə təmsilçisinin heyətində Ülvi İsgəndərov (78) və İsnik Alimi (90+7) fərqlənib.
Bununla da xallarının sayını 29-a çatdıran Elmar Baxşıyevin komandası ikinci pillədəki yerini bir qədər də möhkəmlədib.
Səbuhi Həsənov