"Qəbələ”nin dörd futbolçusu hazırlıqda iştirak etmir.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunçulardan üçü zədədən sonra bərpa dövrü keçir. Bu üzdən Rüfət Əhmədov, Ürfan Abbasov və Yaovi Akakpo komanda ilə məşq etmir. Onlar fərdi hazırlıqla kifayətlənir.
Dizindən zədə alan Gülağa Əsədovun müalicəsi üçün isə cərrahi müdaxiləyə ehtiyac yaranıb. Gənc futbolçu fevralın 9-da əməliyyat olunacaq. Əsədov bunun üçün Türkiyənin İstanbul şəhərinə yollanacaq.
Səbuhi Həsənov