Xəbər lenti

“Qəbələ”nin tarixində ilk
İdman16:16 07.05.2014

“Qəbələ”nin tarixində ilk

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 “Qəbələ” tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanıb.

Apasport.az saytının məlumatına görə, 9 yaşlı əyalət klubu Topaz Premyer Liqasının XXXIV turundan sonra Avropa Liqasına vəsiqəni təmin edib.

“Bakı” üzərində qələbədən (3:1) sonra Yuri Syominin yetirmələri ən azı 4-cü yeri tutacağını rəsmiləşdiriblər. Buna komandanın 5-ci yerdə qərarlaşan paytaxt təmsilçisi ilə xal fərqinin 6-ya çatdırması səbəb olub. Son 2 turda “Bakı” “Qəbələ”yə çatsa belə şəxsi oyunların nəticəsinə görə əyalət klubu ən pis halda 4-cü yeri tutacaq.
 
İlk “dördlükdə” yer almaq isə “Qəbələ”nin 9 illik tarixində ən yaxşı nəticəsidir. İndiyədək 5-ci pillədən yuxarı qalxa bilməyən “qırmızı-qaralar” artıq rekordunu rəsmiləşdirib və bürünc uğrunda “Neftçi” ilə mübarizə aparacaq.
 
“Gümüş”ə isə yalnız nəzəri şansları qalan “Qəbələ” Azərbaycan kubokunun finalında “ağ-qaralar”la qarşılaşacağından, 4-cü pillə ilə də Avropa Liqasına vəsiqə qazanacaq.
 
Qaynar.info