Xəbər lenti

Qənirə Paşayeva erməni müğənni ilə görüşdü - FOTOLAR
Ölkə05:46 17.04.2013

Qənirə Paşayeva erməni müğənni ilə görüşdü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni əsilli türk vətəndaşı, müğənni Hayko Tataryanla Azərbaycan millət vəkili Qənirə Paşayeva İstanbuldakı mükafatlandırma mərasimində bir araya gəlib.

Hurriyet.com-un yaydığı məlumata görə mərasimdə çıxış edən Hayko “Erməni əsilli türk vətəndaşıyam. Türk vətəndaşı olmaqdan qürur duyuram", deyib.

O, Azərbaycan ilə Ermənistan arasındakı məsələyə toxunaraq, Qənirə xanımın əlini sıxmaqdan məmnun olduğunu deyib. Paşayeva isə masasına qədər gələn müğənnin ona uzatdığı dostluq əlini sıxıb. Bundan sonra salonda alqış səsləri eşidilib.

Qeyd edək ki, gecədə Azərbaycan təmsilçisi, deputat Qənirə Paşayevə Millətlərarası dostluq və sülh mükafatına layiq görülüb. O, Haykoya müraciətlə "Biz savaşı gördük. Sülhün nə qədər qiymətli olduğunu bilirik. Sizdə qiymətini bilin" deyib.

Qaynar.info