
Deputat Milli Məclisdə çıxışı zamanı 2009-cu ilin aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qətliamda həlak olmuş tələbələri yada salıb.
Qaynar.info-nun məlumatına görə, deputat həlak olanların alilələrinə səbr diləyib: “30 aprel terror aktında həlak olanların anırıq. Onlara rəhmət diləyirik”.
Q.Paşayeva çıxışı zamanı Avropa Parlamentinin Dağlıq Qarabağa qanunsuz səfərlərinə etiraz edib: Bu məsələ ilə bağlı parlamentin spikerinin çağırışına ölkə daxili və ölkə xaricində yaşayan azərbaycanlıları bu məsələyə dəstək verməyə çağırıram.Təklif edirəm ki, MM-də işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanmalıdır. Belə olan halda həmin ərazilərə səfər edən, orada bizneslə məşğul olan şirkətlərlə əlaqələri kəsəcəyik”.
Qaynar.info