Xəbər lenti

Qənirə Paşayeva vitse-prezident oldu
İdman18:05 08.01.2017

Qənirə Paşayeva vitse-prezident oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan Atatürk Mərkəzində Dünya Alpaqut Federasiyasının (türk döyüş idman növlərini özündə əks etdirən federasiya - red.) növbədənkənar toplantısı baş tutub.

Qaynarinfo.Az xəbər verir ki, toplantıda struktur dəyişikliyi həyata keçirilib. Dünya Alpaqut Federasiyasının 1-ci vitse-prezidenti vəzifəsinə millət vəkili Qənirə Paşayeva seçilib.

Qeyd edək ki, Qənirə Paşayeva noyabrda türk dünyasına xidmətlərinə görə Azərbaycan Alpaqut Federasiyasının fəxri üzvü elan olunmuş, həmin qurumun prezidenti Aqil Acalov tərəfindən diplomla mükafatlandırılmışdı.

Onu da bildirək ki, Dünya Alpaqut Federasiyasının prezidenti millət vəkili Nizami Cəfərovdur.

Qaynarinfo.Az