Xəbər lenti

Qənirə Paşayevanı bu deputat əvəzlədi
Siyasət 11:50 24.05.2024

Qənirə Paşayevanı bu deputat əvəzlədi

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilib.

Qaynarinfo xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, deputat Kəmaləddin Qafarovun işçi qrupunun rəhbəri təyin olunması təklif olunub. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub. Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixdə vəfat edib.

Qafqaz Rafiqoğlu
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->