Qətərdə keçiriləcək dünya çempionatına az vaxt qalıb.
Qaynarinfo xəbər verir ki, futbolsevərlər yarışı səbirsizliklə gözləsə də bir sıra ulduzları mundialda görə bilməyəcəklər. Ötən gün son dünya çempionu Fransa millisinin futbolçusu Pol Poqbanın da Qətər 2022-ni zədə səbəbindən buraxacağı açıqlandı.
Ümumilikdə bir neçə ulduz var ki, zədə səbəbindən bu çempionatı kənardan izləməli olacaq.
N`Qolo Kante (Fransa)
Pol Poqba (Fransa)
Rafael Varan (Fransa)
Dieqo Jota (Portuqaliya)
Paulo Dibala (Argentina)
Corcinyo Viynaldum (Niderland)
Emil Smit Rou (İngiltərə)
Səbuhi Həsənov