Xəbər lenti

Qətər məşhur stadionu söküb hədiyyə verəcək
İdman08:38 28.12.2021

Qətər məşhur stadionu söküb hədiyyə verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qətər DÇ-2022-dən sonra Dohadakı məşhur "974" adlı stadionunu söküb hədiyyə edəcək.
Qaynarinfo xəbər verir ki, 2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər turnirdə istifadə olunacaq stadionla bağlı maraqlı qərar verib - 974 saylı stadion turnirdən sonra söküləcək.
Əlcəzair mediasında yayıəlan xəbərlərə görə, Tunis Qətərdən stadionu isəyib. Qətər isə turnirdən sonra söküləcəyi dəqiq olan stadionu Tunisə hədiyyə etmək qərarına gəlib. "974" söküləcək və 2022-ci il dünya çempionatından sonra Sfaksa köçürüləcək.
Dohadakı stadion maraqlı quruluşa malikdir. Stadionun adının 974 olmasının iki səbəbi var. Birincisi, Qətərin beynəlxalq telefon kodu 974-dür. İkincisi, stadionun tikintisində 974 nəqliyyat konteynerindən istifadə olunub.
Konteynerlərlə təchiz edilən stadion maraqlı görünüşü ilə seçilir. Qətər administrasiyası stadionu sökülə bilən şəkildə tikdirib.
Səbuhi Həsənov