Xəbər lenti

Qətərdəki dünya çempionatında iki KİV əməkdaşı dünyasını dəyişib
İdman07:41 13.12.2022

Qətərdəki dünya çempionatında iki KİV əməkdaşı dünyasını dəyişib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qətərdə keçirilən dünya çempionatında iki KİV əməkdaşı dünyasını dəyişib.
Qaynarinfo-nun məlumatına görə dünya çempionatında oyunları LGBT köynəyində izləmək istəyən, lakin stadiona buraxılmayan amerikalı müxbirin şübhəli ölümündən 48 saat sonra Qətərdə Xalid əl-Misslam adlı daha bir jurnalist dünyasını dəyişib. 
"Al Kass TV"də çalışan fotomüxbirin ölüm səbəbi hələ məlum olmasa da, çalışdığı qurum "Al Kass TV" əl-Misslamın ölüm xəbərini təsdiqləyib. Ancaq bu, LGBT köynəyi geyindiyi üçün stadiona girişi qadağan edilən amerikalı Qrant Vahlın ölümündən 48 saat sonra baş verdiyi üçün, əks-səda doğurub.
48 yaşlı Vahl isə cümə günü axşam Dohada keçirilən Argentina - Niderland matçının əlavə olunmuş dəqiqələrində qəfildən yerə yıxılıb. Həkimlər ürək masajından və 20 dəqiqə ərzində reanimasiya üçün sinə kompressorundan istifadə etsələr də bu ona kömək olmayıb. Təcili yardımla yaxınlıqdakı xəstəxanaya aparılan Vahlın infarkt keçirərək dünyasını dəyişdiyi açıqlanıb.
Vahlın ölümündən az sonra qardaşı Erik instaqramda onun Qətər rejimini tənqid etdiyi üçün "aradan götürüldüyünü" iddia edib. Vahl açıqlamasında "Adım Erik Vahldır, Vaşinqtonda Sietl şəhərində yaşayıram. Mən Qrant Vahlın qardaşıyam. Mən maviyəm. Onun dünya çempionatında üzərində göy qurşağının rəngləri olan köynəyi geyinməsinin səbəbi mənəm. Qardaşım sağlam idi. O, mənə ölümlə hədələndiyini söylədi. Qrantın öldüyünə inana bilmirəm. Onun öldürüldüyünü düşünürəm və kömək üçün yalvarıram” sözlərini söyləyib. 
Vahlın cənazəsi ABŞ-a təhvil verilib.
Qrant Vahl
Xalid əl-Misslam 
 
Səbuhi Həsənov