Xəbər lenti

Qətərlə yoldaşlıq matçının hakimləri müəyyənləşdi
İdman06:38 12.11.2021

Qətərlə yoldaşlıq matçının hakimləri müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qətər beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Litvadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Donatas Rumşasa Aleksandr Radius, Dovidas Sujiedelis kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi azərbaycanlı Elçin Məsiyev olacaq. 
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və "CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. 
Səbuhi Həsənov