Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident nəticəsində qətlə yetirilən azərbaycanlı aktyor Kamran Dadaşzadə dəfn edilib.
Qaynarinfo xəbər verir ki, dünən mərhum aktyorun nəşi İstanbul Məhkəmə Tibb Ekspertizası İnstitutundan yaxınlarına təhvil verilib.
Kamran Dadaşzadənin nəşi bu gün yaşadığı Küçükçəkməcə İnönü səmtindəki Axşamsəddin məscidinə gətirilib. Günorta qılınan cənazə namazından sonra iki qız atası Kamran Dadaşzadə Başakşəhər Qayabaşı qəbiristanlığında torpağa tapşırılıb.
Filmlərdə və seriallarda rol alaraq dolanışığını təmin edən Kamran Dadaşzadənin dəfnində həyat yoldaşı, qızları və yaxınları iştirak edib.
Dəfn mərasimindən sonra göz yaşları içində kamera qarşısına çıxan mərhumun böyük bacısı Mahirə Dadaşzadə bu sözləri deyib: "Mən onun qaraciyəri yanmış bacısıyam. Qaraciyərimizi yandırdılar, qardaşım günahkar deyildi. O yoldan keçib işləməyə gedir, çörəkpulu qazanmağa çalışırdı. Tək günahı həmin yoldan keçməyi idi. Bilmirəm o adamlar niyə silahla oynayır, insanları incidirlər. İki qızı var idi, onlar da oxuyurlar. Onlar yaşı 16-17 arasıdır. Hər səhər həmin ərazidən işə gedirdi. İndi biz onların uşaqlarının haqqını axtaracağıq".
Əhməd
Şərhlər