Xəbər lenti

Qəza törədən marşrut sürücüsü həbs edildi - RƏSMİ
Ölkə14:35 07.04.2015

Qəza törədən marşrut sürücüsü həbs edildi - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun Lökbatana baş verən marşrut avtobuslarının qəzası ilə bağlı məlumat yayıb. Qaynar.info daxil olan xəbərə görə, qəzanın baş verməsində günahkar bilinən sürücü həbs edilib.
Aprelin 6-da saat 16 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Daewoo” markalı 10-TG-188 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cahid Babayev idarə etməni itirərək yolu kənarında dayanan Zakir Mirzəyevin idarə etdiyi “Mersedes-Benz” markalı 10-UP-246 dövlət qeydiyyat nişanlı, Polad Nuriyevin idarə etdiyi “Daewoo” markalı 10-TF-967 dövlət qeydiyyat nişanlı avtobusları və Yunis Kazımovun idarə etdiyi “Opel Vectra” markalı 99-FK-907 dövlət qeydiyyat nişanlı avtomobili vurub.
Nəticədə P.Nuriyev aldığı xəsarətlərdən xəstəxanada ölüb, Z.Mirzəyev və  avtobusda olan sərnişinlərin xəsarət alıb.
Faktla bağlı rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan istintaq zamanı qeyd olunan yol nəqliyyat hadisəsinin C.Babayev tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr  olduğundan o, tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qaynar.info