NBA-da "Los Angeles Lakers"in keçmiş ulduz basketbolçusu Kobe Brayntın məşq üçün olan forması hərracda satılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda İngiltərənin məşhur "Sotheby's" hərrac evindən məlumat yayılıb. Açıqlamada Bryantın 2006-cı ildə "Toronto Raptors"la matçdan öncə isinmək üçün geyindiyi köynəyin 277 min 200 dollara satıldığı qeyd edilib. Məhz həmin oyunda Kobe 81 xal toplamışdı.
Bildirilib ki, köynəyi klubun ən böyük kolleksiyasına sahib olan David Kohler alıb.
İki il əvvəl 41 yaşında helikopter qəzasında dünyasını dəyişən Braynt "Los Angeles Lakers" ilə 5 NBA çempionluğu qazanıb və 18 dəfə ən yaxşı seçilib.
Səbuhi Həsənov