Xəbər lenti

Qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB 2
Ölkə07:08 10.07.2013

Qəzada ölənlərin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB 2

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda aeroport şossesində baş verən yol qəzasında ölənlərdən daha ikisinin şəxsiyyəti müəyyənləşib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məluma görə, qəza nəticəsində dünyasını dəyişənlərin 1980-ci il təvəllüdlü Fariz Rəşid oğlu Məmmədov və 36 yaşlı Tahirə Əyyub qızı Məmmədova olduğu məlum olub.

Polisdən həmçinin bildirilib ki, baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

11:06

Bakıda Aeroport şossesində başı verən yol qəzasında ölənlərinin birinin  şəxsiyyəti müəyyənləşib. APA-nın məlumatına görə, qəza nəticəsində 1989-cu il təvəllüdlü Samir Yəhya oğlu Adıgözəlov vəfat edib.

Hadisə nəticəsində ümumilikdə iki kişi və bir qadın vəfat edib. Digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

10:34

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə,  yaralılar İqtisad Universitetinin tələbəsi, 1995-ci il təvəllüdlü Vüqar Kərimov və 1988-ci il təvəllüdlü Elşən Kərimovdur.

Xəstəxanadan həmçinin bildirilib ki, qəza nəticəsində 3 nəfər ölüb.

Hazırda ölən şəxslərin şəxsiyyəti dəqiqləşdirilir.

10:20

Hadisə aeroport yolunda baş verib.

Bu gün səhər saat 08:10 radələrində aeroport şossesində ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, aeroport şossesində sərnişin avtobusu ilə minik maşını toqquşub.

Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Dünyasını dəyişən şəxslərin 2-si qadın, 1-i kişi olub.

Qaynar.info