Ölkə 08:40 17.03.2023

Qəzada ölən müəllim imiş... (FOTO)

Ötən gün Yardımlıda baş verən qəzada ölən şəxsin müəllim olduğu müəyyənləşib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Yardımlı rayon N.H.Cəbiyev adına Çayüzü kənd tam orta məktəbin müəllimi Nahid İmanovdan gedir.

Qeyd edək ki, hadisə Yardımlı-Deman-Arvana avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınıb. Əliyev Cavid Vaqif oğlunun idarə etdiyi "Opel Astra” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin İmanov Nahid Kamil oğlu hadisə yerində ölüb, sürücü C.Əliyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib.