Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyidir. İddia Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin icraatındadır.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
Açıq mənbələrdə məhkəmə çəkişməsinin təfərrüatları haqqında məlumat yoxdur.
İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədri Qalib Toğruldur. O 2011-ci ildə bu vəzifədədir.
Seyid