Xəbər lenti

QHT-lərə Dövlət Dəstəyi Şurasının 200 min manatlıq tenderini ASAN xidmət qazandı
Ekonomiks08:47 22.12.2020

QHT-lərə Dövlət Dəstəyi Şurasının 200 min manatlıq tenderini ASAN xidmət qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni proqram təminatlarının yaradılması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, 196 min 588 manat məbləğində olan tenderi "İnnovasiyalar Mərkəzi” MMC qazanıb.
Tenderin şərtlərinə görə, MMC tədbirlərin elektron qeydiyyatını, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının proqram təminatı məhsullarının funksionallığının genişləndirilməsi və servis xidmətlərinin göstərilməsi, cssn.gov.az saytı, korporativ idarəetmə sistemi, dövlət orqanları tərəfindən QHT-lərə verilən qrantın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması sistemi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına seçkilərin keçirilməsi ilə bağlı ərizə qəbulu sistemini yaratmalıdır. 
Qeyd edək ki, "İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Orxan Əhmədli